Bakının aparıcı marşrut xətlərinə sahib olan şirkəti məhkəməyə verdilər


Azərbaycanda avtomobillərin ehtiyat hissələrinin idxalı və topdan satışı ilə məşğul olan "Lokomotiv" MMC paytaxt Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə  qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
 xəbər verir ki, "Lokomotiv"  MMC–nin  “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası bu gün - 26.01.2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçiriləcək.
Onu da bildirək ki, 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC barəsində daha əvvəl “SOCAR Petroleum” QSC, Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC ("Nar mobile"), “Grand Motors” MMC  və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də məhkəmə iddiası qaldırılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top