“Cinemazadeh” şirkəti barəsində daha bir məhkəmə iddiası


Yazıçı və ssenarist Şəfaqət Cavanşir (Mizəyevə Şəfaqət Cavanşir qızı) ölkənin tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC-yə (VÖEN – 1403588261) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com 
xəbər verir ki, məhkəmə iddiası Bakı Apelyasiya Məhkəməsinin hakimi Rəşad Həsənovun icraatına verilib.
Məhkəmə iddiasının müqavilədən gələn öhdəliklərlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.
Qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur.
Onu da bildirək ki, bir neçə ay əvvəl Azərbaycanın aparıcı banklarından biri olan “Azər-Türk-Bank” ASC də “Cinemazadeh” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top