Türkiyə Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə İstabulun bələdiyyə başçısı Əkrəm İmamoğluna qarşı qanunsuz tender təşkil etmək ittihamı ilə yeni iddia qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, İmamoğlu barədə iddianın ilk iclası 15 iyun 2023-cü ildə Büyükçekmece Asliye Cəza Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, Türkiyə məhkməsəi təhqir iddiası ilə İmamoğlu barəsində həbs və siyasi qadağa qərarı verib.