Tofiq Yaqublunun aclıq aksiyasına başladığı bildirilir


Həbsdə olan siyasi fəal Tofiq Yaqublu qanunsuz həbsi və hüquqlarının pozulmasına etiraz olaraq, yanvarın 5-dən aclığa başladığını açıqlayıb.
Yeniavaz.com
"Azadlıq Radiosu"na istinadla xəbər verir ki, o, yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılarkən bu haqda məlumat verib.
Həmin məhkəmədə Yaqublunun 30 günlük inzibati həbsinə dair Səbail rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. 
Xatırladaq ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb.
Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

DİGƏR XƏBƏRLƏR

Top