Bu ayın 20-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məşhur iş adamı, “Sədərək” ticarət mətkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəyliyə məxsus obyekti Tikintilərin Dövlət Reyestrinə daxil edib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 1 347,55 kv. metr olan obyekt Mingəçevir şəhəri, Heydər Əliyev küçəsi 59 saylı binanın qarşısında yerləşir.
Qeyd edək ki, obyektin tikintisinə Mingəçevir Şəhər İcra Hakimiyyəti 2010-cu ildən icazə verib.
Onu da bildirək ki, 2 mərtəbəli obyektin layihəçisi “Macaz Construction” MMC (VÖEN - 1302101451) olub. “Macaz Construction” MMC 18.11.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Zahid xəlilov, ev 16A, Məhəllə 523, m. 21-də yerləşir. Şirkətin qanuni təmsilçisi Quliyev Ramil İlyas oğludur.
“Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir. Şirkət Akim Bədəlovun oğlu Aqşin Bədəlov tərəfindən təsis olunub. Aqşin Bədəlov eyni zamanda “Macaz” MMC-nin (VÖEN -2001674501) də yeganə təsisçisi olub. Bundan başqa Aqşin Bədəlov Gürcüstanda “Macaz-Georgia” adlı şirkət də təsis edib.
A. Cəfərov