Prezident Anar Kərimovu vəzifəsindən azad etdi


Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.

Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, A. Kərimov 20 iyul 2020-ci ildə Prezidentin müvafiq sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdi.
Prezidentin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə isə o, mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top