Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evə gedib.
Yeniavaz.com xəbər verir ki, Zelenskini ABŞ Prezidenti Co Bayden və birinci xanım Cil Bayden qarşılayıb.
***
Göyərtəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin olduğu təyyarə Vaşinqton yaxınlığındakı aviabazaya enib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Zelenski hərbi təyyarə ilə ABŞ-a gedib.
Qeyd edək ki, onun gəlişindən bir müddət əvvəl ABŞ Ukraynaya ən böyük birdəfəlik silah tədarükünü elan edib, bura “Patriot” zenit-raket komplekslərinin tədarükü də daxildir.