ABŞ Linn Treysini ölkənin Rusiya səfiri vəzifəsinə təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Bildirilib ki, Vaşinqton ilk dəfə Moskvadakı diplomatik korpusun rəhbəri vəzifəsinə qadın göndərir.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden sentyabrda ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb.
Məlumat üçün deyək ki, Linn Treysi ABŞ-ın Ermənistandakı səfiri kimi çalışıb.