Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində çıxarılan həbs qərarı barədə danışdı.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Ərdoğan həbs qərarının siyasi məsələ olmadığını dilə gətirib.
“Mən də bəzi məhkəmə qərarlarını tənqid edirəm, amma bu, heç kimə hakimləri təhqir etmək və ya məhkəmə qərarlarını tanımamaqla bağlı hüquq vermir. Qərar siyasi deyil. İşə daha iki məhkəmədə baxılacaq. Qüsur varsa düzəldiləcək”, - deyə o qeyd edib.
Xatırladaq ki, Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün həbs cəzası və siyasi qadağa barədə qərar verilib.