Paşinyanın partiyası İstisuda toplanır


Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının idarə heyəti bu gün Cermuk şəhərində (İstisu) toplanacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ArmLur” saytı məlumat yayıb.
Bildirilib ki, kollegiya iclasına Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edəcək.
Qeyd edilib ki, hətta Laçın dəhlizi ətrafındakı vəziyyət də partiyanın planlarını dəyişməyib:
“Hər kəs N.Paşinyanın hazırkı vəziyyətlə bağlı nə deyəcəyini səbirsizliklə gözləyir. Axı o, parlamentdəki həmkarları ilə qapalı iclasda artıq bir neçə bəyanatla çıxış edib”.

DİGƏR XƏBƏRLƏR

Top