DSMF inzibati bina layihələndirməsinə 237 min manat ödəyəcək


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqəsinin qalibi “AİM Texas Trading” MMC-nin Azərbaycandakı filialı olub.

Yeniavaz.com xəbər verir ki, Fond Həsən bəy Zərdabi 80 ünvanında inşası nəzərdə tutulan yeni inzibati binasının layihələndirmə işlərinin satın alınmasına görə, “AİM Texas Trading” MMC-yə 237 min 998 manat 92 qəpik ödəyəcək.
Xəbəri rus dilində oxuyun: ГФСЗ заплатит 237 тысяч манатов за проектирование административного здания

Məlumat üçün bildirək ki, “AİM Texas Trading” MMC-nin Azərbaycandakı filialının qanuni təmsilçisi Merih Tandır. Şirkət 13 mart 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top