Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Zəngilana və Qubadlıya səfərə gedib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, səfir bu gün Zəngilan və Qubadlıya baş çəkəcək, Ağalı kəndində olacaq. Səfər Bakı-Zəngilan reysi ilə həyata keçirilib.
— Peter Michalko (@MichalkoPeter) December 10, 2022Bundan əlavə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old da Zəngilan və Qubadlı rayonlarına səfər edəcəyini bildirib.
Zəngilan və Qubadlıya ilk səfərimə hazırlaşıram. Ümid edirəm ki, İngiltərə-Fransa oyununa baxmaq üçün vaxtında qayıdacağam. Mən əlbəttə ki, İngiltərəyə azərkeşlik edəcəm. Bəs siz? 🏴⚽️🇫🇷 pic.twitter.com/AJotZDff4k
— FergusAuldFCDO (@FergusAuldFCDO) December 10, 2022