Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.
Yeniavaz.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, M.Nəbiyev ötən gecə dünyasını dəyişib.
Qeyd edək ki, o, 2000 - 2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011 - ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifələrində çalışıb.