ABŞ Hərbi Hava Qüvvələrinin döyüş nəzarəti və hədəf təyinatlı təyyarəsi Kalininqrad vilayətindən 50 km aralıda görüntülənib.
Yeniavaz.com “iz.ru”ya istinadla xəbər verir ki, bu barədə uçuş izləmə portalı “Flightradar”dan məlumat götürülüb. Portalın məlumatına görə, söhbət çoxfunksiyalı olduğuna görə “uçan qərargah” adlandırılan ABŞ-ın “Boeing E-8C Joint STARS” təyyarəsindən gedir.
Təyyarənin Almaniyadakı NATO-nun Ramşteyn aviabazasından havaya qalxdığı məlum olub. Bir müddət Berlin ərazisində dövrə vurduqdan sonra şərq istiqamətində irəliləyib.