Bu ilin ilk 10 ayı ərzində Azərbaycanın ümumi ixracı 34,7 milyard dollar olub və bunun cəmi 6,9%-i və ya 2,4 milyard dolları qeyri-neft sektorunun payına düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (181,8 milyon dollar) birinci, pambıq (151,79 milyon dollar) ikinci, qızıl (143 milyon dollar) isə üçüncü olub.
Xəbəri rus dilində oxuyun: 10 человек, принесшие в Азербайджан за 10 месяцев 406 миллионов долларов - Имена
Bu ilin ilk 10 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin (fiziki şəxslərin) və onların rəhbərlərinin ilk 10-luğu aşağıdakı kimi olub:
Şirkət | Rəhbəri | İxracın dəyəri |
“MKT İstehsalat Kommersiya” MMC (VÖEN- 9900008361) |
Həsənov Rövşən | 100,9 milyon dollar |
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi (VÖEN- 9900047801) | Mohammad Reza | 84,2 milyon dollar |
“Baku Steel Company” QSC (VÖEN-1000062011) | Kamal İbrahimov | 36,3 milyon dollar |
“Almeyvə” MMC (VÖEN – 2006061571) |
Rəşid Quliyev | 33,9 milyon dollar |
Elvin Şirinov Valeh (VÖEN – 2700187092) |
- | 33,7 milyon dollar |
“Rose Servis” MMC (VÖEN – 1102518081) |
Anar Şərəfxanov | 33,7 milyon dollar |
“Mors Trading” MMC (VÖEN-1604639301) |
Mehmet Savaş Uzan | 31,8 milyon dollar |
“P-Aqro” MMC (VÖEN-1404226851) |
Əlizadə Azər | 29,1 milyon dollar |
“STP Alüminium” MMC (VÖEN- 2906014721) |
Əliyev Fərhad | 28,5 milyon dollar |
“Azərbaycan Şəkər İstehsalatı Birliyi” MMC (VÖEN-9900017941) |
Ceyhun Salmanov | 27,6 milyon dollar |
A.Cəfərov