Ukrayna xüsusi xidmət orqanları SBU, Ukrayna Silahlı Qüvvələri, Baş Kəşfiyyat İdarəsi və Azov alayının əməkdaşları haqqında məlumatların əks olunduğu fləş diski ruslara təhvil vermək istəyən casus saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, o, ruslara vermək üçün Ukraynanın hüquq-mühafizə orqanlarının rəhbərliyi və şəxsi heyəti haqqında məxfi məlumatlar toplayıb.
Həmin şəxs məlumatları fləş diskdə şəxsən Rusiyanın Budapeştdəki səfirliyinə ötürməyi planlaşdırıb. Lakin SBU əməkdaşları onu sərhədi keçmək istəyərkən keçid məntəqəsində saxlayıblar.