![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/11/24/1/5d5e2d2d-bda0-4888-8a9e-976835a3d73e/andrey-spilin.jpg)
Xəbər verdiyimiz kimi, Andrey Sipilin Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin olunub.
Yeniavaz.com xəbər verir ki, Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. 2001-ci ildə Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri olub. 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə çalışıb.
O həmçinin, "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində də işləyib.
A. Sipilin Ali Məhkəmənin hakimi milliyyətcə yəhudi olan Tatyana Qoldmanın oğludur.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/11/24/1/e41bb62b-42c8-40b3-9142-ef8b5373bebf/andrey.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/11/24/1/763d2347-8582-444f-86de-e74cfd11ac64/andrey-2.jpg)