Baş Prokurorluq armudu stəkanlar alır


Baş Prokurorluq tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 78 min 500 manat olan tender müsabiqəsinin qalibi fiziki şəxs Vahidov Şahin Kamil oğludur (VÖEN – 7000089082).
Xəbəri rus dilində oxuyun: Генпрокуратура покупает стаканы армуду

Tenderin şərtlərinə görə, Şahin Vahidov Baş Prokurorluğa aşağıdakı hədiyyəllik əşyaları satacaq.
- Çərçivəli portret (60 sm x 80 sm ölçüdə) – 100 ədəd
- Çərçivəli portret(70 sm x 70 sm ölçüdə) – 100 ədəd
- Hədiyyəlik qol saatı (kişi üçün) – 80 ədəd
- Hədiyyəlik qol saatı (qadın üçün) – 80 ədəd
- Hədiyyəlik armudu stəkan və nəlbəki seti 1-li – 100 ədəd
- Hədiyyəlik armudu stəkan və nəlbəki seti 2-li – 100 ədəd
- Hədiyyəlik set (Qalın qutu, 1 ədəd poverbank, 1 ədəd flash card 4 gb, 1 ədəd qələm və 1 ədəd not dəftəri) – 60 ədəd
- Hədiyyəlik qalstuk – 100 ədəd
- Hədiyyəlik 2-li qələm – 100 ədəd
- Hədiyyəlik dəri gündəlik – 200 ədəd

DİGƏR XƏBƏRLƏR

Top