AzTU komandası Dünya Robot Olimpiadasında üçüncü oldu


17-19 noyabr 2022-ci il tarixlərində Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında 56 ölkədən 78 komanda arasında ölkəmizi təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının "Platon Tech" komandası dünya üçüncüsü olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.
Bildirilir ki, “Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyevdir.
Komandaya Günel Məmmədli mentorluq edib. Layihə AzTU-nun "CezeriLab" laboratoriyasında formalaşıb.
Həmyerlilərimiz "FUTURE INNOVATORS SENIOR" nominasiyası üzrə qalib olublar.
Qeyd edək ki, 2000-dən çox iştirakçının qatıldığı yarışda birinci yerə Hindistan, ikinci yerə Yunanıstanı təmsil edən komanda layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top