Bu gün Qətərdə futbol üzrə dünya çempionatına start veriləcək.
Yeniavaz.com xəbər verir ki, çempionatın ilk günündə sadəcə bir oyun keçiriləcək.
Açılış matçında meydan sahibləri ilə Ekvador üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.