BNA-nın 2,3 milyonluq tenderini bu şirkət uddu - Barəsində məlumat tapılmır


Bakı Nəqliyyat Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi "SM Construction Supplies" MMC olub.
Yeniavaz.com
xəbər verir ki, BNA balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınmasına görə, "SM Construction Supplies" MMC-yə 2 milyon 340 min 394 manat 30 qəpik ödəyəcək.
Xəbəri rus dilində oxuyun: Эта компания выиграла тендер БТА на 2,3 миллиона - Информации о ней нет

Həmçinin MMC mövcud bəzi dayanacaqların sökülməsi və quraşdırılması işlərinin satın alınması, habelə, yeni dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması işlərini həyata keçirəcək.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestrində "SM Construction Supplies" MMC barədə məlumat almaq mümkün deyil.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top