İrandakı 1979-cu il fevral inqilabının lideri sayılan ayətullah Ruhullah Musəvi Xomeynin doğulduğu Xomeyn və Qum şəhərlərindəki ev muzeyləri yandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.
Məlumata görə, etiraz aksiyalarında Tehran hakimiyyətinin hərbi-polis qüvvələri tərəfindən öldürülənlər nümayişlə yad edilib.
Aksiya iştirakçıları “Diktatora ölüm!”, “Xameneiyə ölüm!“ şüarları səsləndiriblər
Qeyd edək ki, İranda 2019-cu ilin noyabr ayında ərzaq mallarının qiymətlərinin qalxmasına etiraz yürüşlərində 1500-dən çox aksiya iştirakçısı hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilmişdi. Həmin qurbanların şəkilləri də dünənki yürüşlərdə qaldırılıb.