İş adamını bu dəfə də “Kapital Bank” məhkəməyə verdi


Gəlirlərinə görə Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” ASC tanınmış iş adamı Əzizli Bəxtiyar Kamal oğlu barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
 xəbər verir ki, iddia bu gün - 14.11.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib.
Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “Kapital Bank” ASC Bəxtiyar Əzizli ilə birgə Kamran Əzizli, Aslan Qəmbərov və “Baga” MMC (VÖEN - 1405346311 ) barəsində də məhkəmə iddiası qaldırıb.
Xəbəri rus dilində oxuyun: На этот раз на бизнесмена подал в суд "Kapital Bank"

Qeyd edək ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi də Bəxtiyar Əzizlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkməyə müraciət edib. 
Barəsində iddia qaldırılan Əzizli Bəxtiyar Kamal oğlu “Baga” MMC və “Toboil” MMC-nin (VÖEN- 1201515381) qanuni təmsilçisidir. “Toboil” MMC 2016-cı ildə,  “Baga” MMC isə 2020-ci ildə dövlət qeydiyyatına alınıblar.
“Baga” MMC-nin hazırda dövlət büdcəsinə 170 min 483,37 manat, “Toboil” MMC-nin isə  1 707,67 manat vergi borcu var.
Onu da bildirək ki, Əzizli Bəxtiyar “Baxmedia” adlı mədəniyyət layihəsilə də tanınır.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top