Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsi) “Qurtuluş 93” Yaşayış Kompleksi istiqamətində gedən ikizolaqlı avtomobil yolunun ətrafında aparılan inşaat işləri sözügedən yolda maneələrə və hər iki istiqamətdə uzun tıxaclara səbəb olur.
Bu barədə Yeniavaz.com-a Masazır qəsəbəsinin sakinləri məlumat veriblər.
Onlar bildirirlər ki, bu hal, sözügedən yoldan istifadə edənlərin narazılığına səbəb olur:
“Yolun hər iki tərəfində binalar tikilir. Burada bina tikənlər beton maşınlarını, digər texnikaları bu yolda saxlayırlar. Ona görə də sürücülər məcbur qalıb əks istiqamətdə yola çıxmalı olurlar. Bu, həm qəza şəraitinin yaranmasına, həm də uzun tıxaclara səbəb olur. Tıxacın bir ucu Masazır dairəsinə, digər ucu “Qurtuluş”a gedib çıxır. Sakinlər tıxaca görə çox əziyyət çəkir”.
Sakinlər ərazidən fotoları redaksiyamıza təqdim ediblər: