Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Katrin Kolonna ilə görüşüb.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Mirzoyan Fransa XİN rəhbərinə Azərbaycanla normallaşma prosesi və sərhədlərin delimitasiyası barədə məlumat verib.
Tərəflər oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşdən sonra verilən bəyanatın əhəmiyyətini vurğulayıblar.