Bakıda “siçan dərmanı” yeyən iki azyaşlı qardaş dünyasını dəyişdi


Bakıda iki azyaşlı qardaş bədbəxt hadisə nəticəsində ölüb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bədbəxt hadisə baş verib. Qəsəbədə yaşayan iki azyaşlı qardaşın “siçan dərmanı” yeyərək öldükləri bildirilir.

Uşaqlardan birinin 5, digərinin isə 3 yaşı olub.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblıər.

Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, məlumatı ilk olaraq manset.az saytı yayıb.

DİGƏR XƏBƏRLƏR

Top