Ramiz Mehdiyevin həyat yoldaşını yenidən məhkəməyə verdilər - Fotofakt


Prezidenti Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevna barəsində yenidən məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com
 xəbər verir ki, dekabr ayının 5-ə hazırlıq iclası təyin olunub. Məhkəmə iclası saat 10:30-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyilə keçiriləcək. 
Qeyd edək ki, Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs Səidov Elmar Çingiz oğludur.
Elmar Səidov Qalina Mehdiyeva ilə bərabər “Fireland Vineyards” MMC barəsində də iddia qaldırıb. Məhkəmədə maraqlı şəxs kimi Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin adı keçir.
Səidov Elmar Çingiz oğlu hazırda “Fireland Vineyards” MMC-nin qanuni təmsilçisidir. 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub. Elmar Səidov Qalina Mehdiyeva barəsində daha əvvəl də məhkəməyə müraciət edib. 
Bildirilir ki, Qalina Mehdiyeva “Fireland Vineyards” MMC-nin təsisçilərindən biridir. Hazırda “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 128 min 684 manat 36 qəpik vergi borcu var.

A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top