Azərbaycan Ordusunun çavuşu dəm qazından boğulub? - MN açıqladı - Yenilənib


Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.
Müdafiə Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, Nazirliyin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.
"Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - qeyd edilib.

***16:14
Sumqayıtda dəm qazından boğulma faktı baş verib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

DİGƏR XƏBƏRLƏR

Top