Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs edilməsi iddiaları yayılıb.
İddialara cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib.
Qeyd edilib ki, onun saxlanılmasında siyasi motiv yoxdur.