Ölkələrin internet azadlığı indeksi açıqlandı: Azərbaycan "azad" deyil... - Siyahı


Demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatı “Freedom House” ölkələrin 2022-ci il üzrə internet azadlığı indeksi üzrə sıralamasını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat dərc edilib.
İnternet azadlığı üzrə indeksləşdirmə üç kateqoriya üzrə aparılıb: azad, qismən azad və azad olmayan.
İnternet azadlığı üzrə 38 indeks xalı ilə Azərbaycan, 32 indeks xalı ilə Türkiyə, 23 indeks xalı ilə Rusiya, 16 indeks xalı ilə İran azad olmayan, 78 indeks xalı ilə Gürcüstan və (dünya üzrə 7-ci) 74 indeks xalı ilə Ermənistan (dünya üzrə 14-cü) azad ölkələr sırasında yer alıb.
Xəbəri rus dilində oxuyun: Объявлен рейтинг стран по уровню свободы Интернета: Азербайджан не "свободен"... - Список

Region ölkələrinin reytinq sıralaması isə (indeks xalı üzrə) aşağıdakı kimi olub:
Gürcüstan - 78
Ermənistan - 74
Ukrayna - 59
Qırğızıstan - 53
Azərbaycan - 38
Türkiyə - 32
Qazaxıstan - 32
Belarus - 28
Özbəkistan - 27
Rusiya - 23
İran - 16
Moldova (təyin edilməyib)
Tacikistan (təyin edilməyib)
Türkmənistan (təyin edilməyib)

İndeks xalı üzrə siyahıda ilk beşlik bu şəkildə olub:
İslandiya - 95
Estoniya - 93
Kosta-Rika - 88
Kanada - 87
Tayvan - 79
Birləşmiş Krallıq - 79

Sözügedən siyahıda isə son beş yerdə bu ölkələr qərarlaşıb:
Vyetnam - 22
Kuba - 20
İran - 16
Myanma - 12
Çin - 10

Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top