"Google" Rusiya Federasiya Şurasının “Youtube” videohostinqindəki hesablarını bloklayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bloklanan kanalların 200 mindən çox abunəçisi və 20 min videosu var.
"Federasiya Şurasının və “Vmeste-RF” telekanalının “Youtube” videohostinqindəki hesabları bloklanıb, bütün məlumatlar bərpası mümkün olmadan silinib", - deyə Federasiya Şurasından bildirilib.
"Google"dan Federasiya Şurasının hesabının şirkətin ixrac məhdudiyyətləri və sanksiyalar siyasətinə uyğun olaraq bloklandığı bildirilib.