İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayır


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) “Qüdrətli İran” kod adlı Quru Qoşunlarının üç günlük hərbi təlimləri bu gün İranın şimalında, Azərbaycanla sərhəd ərazidə başlayıb.
Yeniavaz.com
“ISNA”ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının briqada generalı və komandanı Məhəmməd Pakpur bildirib.
“Bu təlimlər Ərdəbil və Şərqi Azərbaycan vilalətlərində keçiriləcək, nəzarət SEPAH Quru Qoşunlarının Aşura bazasından həyata keçiriləcək. Paraşütçülərin enişi, gecə məcburi yürüşünün keçirilməsi, həmçinin döyüş helikopterləri, PUA-lar, o cümlədən kamikadze PUA-larla qarşılıqlı əlaqə, ponton keçidlərinin istiqamətləndirilməsi planlaşdırılır. Qonşu ölkələr üçün bu təlimlər sülh, dostluq və təhlükəsizliyi gücləndirmək niyyəti mesajıdır. Düşmənlər üçün isə İran Silahlı Qüvvələrinin digər növləri və qolları ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının ölkə sərhədlərini qorumaq və istənilən təhlükəyə qətiyyətlə müqavimət göstərmək əzminin təsdiqidir”.

DİGƏR XƏBƏRLƏR

Top