Sumqayıt şəhəri, 13-cü mikrorayonda kafedə baş vermiş yanğın söndürülüb.
Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğın Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.
***22:45
Sumqayıt şəhəri, 13-cü mikrorayonda kafedə yanğın başlayıb.
Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.