Mədəndəki partlayışda ölənlərin sayı 40-a çatdı - Video + Yenilənib


Oktyabrın 14-də Türkiyənin Bartın bölgəsində kömür mədənində baş verən partlayışda ölənlərin sayı 40-a çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, 110 işçidən 58-i xilas edilib, hazırda axtarış-xilasetmə işləri davam edir.

***08:40
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.
Yeniavaz.com xəbər verir ki, hadisə baş verəndən fasiləsiz olaraq axtarış-xilasetmə işləri davam etdirilib.
İndiyədək 58 işçi xilas edilib.
Səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.
Oktyabrın 15-də Türkiyə vaxtı ilə saat 06:00-a olan məlumata görə, mədəndə daha 15 işçinin qaldığı ehtimal edilir.
Partlayış baş verəndə vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riski bölgələrdə yerləşib.
Axtarış-xilasetmə işləri davam edir.
Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

***14.10.2022 23:00
Türkiyənin Bartın vilayətində kömür mədənində qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
Nazir qeyd edib ki, hadisə yerinə 1 reanmobil, 31 TTY avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.


***14.10.2022 21:32
Türkiyənin Bartın vilayətində kömür mədənində partlayış nəticəsində dağıntılar altından 11-i xilas edilib.
Yeniavaz.com
xəbər verir ki, bu bardə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.
Dağıntılar altında daha 87 işçi qaldığı bildirilir.
Türkiyənin Bartın vilayətində daş kömür mədənində partlayış baş verib.
Yeniavaz.com
NTV-yə istinadla xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib. 

İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər yaralanıb.

Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.

Partlayışın səbəbi hələlik bilinmir.

DİGƏR XƏBƏRLƏR

Top