İranın Saqqız şəhərində vətəndaşlarla polis qüvvələri arasında toqquşma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azar İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, insanlar böyük tonqallar qalayaraq küçələri bağlayıblar. Etirazçı əhali “diktatora ölüm olsun”, “Xameneyiyə ölüm olsun” şüarları səsləndiriblər.