“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Olimpiakos”u 3:0 hesabı ilə darmadağın edib.
Yeniavaz.com qarşılaşmanın "CBC Sport"da yayımlanan icmalını təqdim edir:
***00:51
“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Yeniavaz.com xəbər verir ki, Ağdam klubu 3-cü tur çərçivəsində Yunanıstanın “Olimpiakos” klubunun qonağı olub.
Pireydə keçirilən matçda Azərbaycan klubu bpyük hesablı darmadağına sevinib.
Azərbaycan təmsilçisi Ovusu Kvabena, Marko Veşoviç və Ramil Şeydayevin qolları ilə rəqibini 0-3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “köhlən atlar” 3 turdan sonra qrupda 6 xalla ikinci pillədə qərarlaşıb.