Hindistan Ermənistana 244 milyonluq silah göndərəcək


Hindistan Ermənistana 20 milyard rupi (244,7 milyon dollar) dəyərində silah və sursat satacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.
Onun sözlərinə görə, tədarüklər iki ölkə arasında sentyabrın əvvəlində imzalanmış müqavilələr əsasında həyata keçiriləcək. Onlara uyğun olaraq, Hindistan Ermənistana xaricə ilk dəfə satılacaq öz dizaynlı “Pinaka” reaktiv yaylım atəş sistemləri (MLRS), həmçinin tank əleyhinə raketlər və sursat partiyası verəcək.
Qeyd edilib ki, 2020-ci ildə Hindistan Ermənistana dörd “Swathi” artilleriya kəşfiyyat qurğusu təhvil verib.

DİGƏR XƏBƏRLƏR

Top