Türkiyənin Ərdahan əyalətinin Gölə rayonunda 5 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com “Anadolu”ya istinadla xəbər verir ki, hadisə nəticəsində Kiçik Altunbulak kəndində 8 ev və ətraf kəndlərdə bəzi tikililərin divarları uçub. Kənddə 1 nəfərin üzərinə daş parçaları düşüb. Yaralı təcili yardım maşınıyla xəstəxanaya aparılıb. Zəlzələ Ərdahan şəhərinin mərkəzində, Şenkaya rayonunda, Qarsda da hiss olunub.