Dağıstanda səfərbərliyə etiraz edən aksiyaçılar Xasavyurt-Mahaçqala magistralını bağlayıb.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Rusiya mətbuatında gedən məlumata görə, etiraz aksiyasını Xasavyurt rayonunun Endriy qəsəbəsinin sakinləri keçiriblər. Bildirilir ki, buna səbəb az əvvəl hərbi xidmətdən qayıdan gəncə çağırış vərəqəsinin gəlməsidir.
Kadrlarda polis aksiyaçıları dağıtmaq üçün havaya atəş açması da əks olunur.