Ukraynanın Rusiya işğalından azad edilmiş İzyum şəhərində ilk kütləvi məzarlığın eksqumasiya prosedurları bu gün tamamlanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumilikdə Rusiya işğalı qurbanlarının 436 cəsədi çıxarılıb. Əksəriyyət zorakılıqla öldürülüb. 30 nəfər isə ağır işgəncəyə məruz qalıb.