Rusiya və Ukrayna arasındakı müharibənin başa çatmasını istəyirik.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasındakı çıxışında bildirib.
“Putin yenə məsuliyyətsiz açıqlamalar verir. Heç kim Rusiyanı təhdid etmir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya qonşusunu işğal edərək suveren bir dövləti xəritədən silmək istədi. Birləşmiş Millətlərdəki 183 ölkə Rusiyanın müharibəsini qınayır. 25 milyard dollardan artıq Ukraynaya yardım etmişik. ABŞ savaşın sona çatmasını istəyir. Bizim sanksiyalarımız açıq şəkildə Rusiyanı hədəf alır”, - deyə o vurğulayıb.