“Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib”.
Yeniavaz.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına).
Ekspert əlavə edib ki, fotolardan göründüyü kimi, adi Z-dən fərqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Hərbçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil.
Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərlə istifadə edirsə, bu, o demək deyil ki, biz həmin hərfləri əlifbamızdan çıxarmalıyıq”.
Qeyd edək ki, Ukraynadakı döyüşlərdə istifadə edilən bütün Rusiya texnikalarının üzərinə "Z" hərfi yazılır.