Şimali Atlantika Alyansı Ukrayna ərazisində Rusiya ilə müharibə etmir.
Yeniavaz.com xəbər verir ki, bu sözləri NATO hərbi komitəsinin sədri admiral Rob Bauer ERR-ə müsahibəsində bildirib.
“NATO Rusiya ilə müharibə aparmır. Mən bunu çox açıq şəkildə ifadə etməliyəm. Alyans müharibəyə yalnız Moskvanın blokun üzvü olan dövlətlərdən birinə hücum etmək qərarına gələcəyi təqdirdə girəcək. Bu halda alyans öz müttəfiqinin hər qarış ərazisini müdafiə etmək”, - deyə o bildirib.