Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru Arye Qut vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Onun uzun sürən xəstəlikdən sonra İsraildə dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, israilli ictimai xadim Arye Qut 1975-ci Bakıda anadan olub. 2000-ci ildən İsraildə yaşayıb.