Qazax Dövlət Sosial İqtisad Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Orlondo Az” MMC (VÖEN- 1102637081) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Orlondo Az” MMC Qazax Dövlət Sosial İqtisad Kollecinə 31 min 300 manat dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsi 01.09.2022-ci il tarixində elan olunub. "Orlondo Az” MMC təxminən 2 ay əvvəl – 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat dəyərində tender müsabiqəsinin qalibi olub. "Orlondo Az” MMC Mənzil Kommunal Təsərrüfatı Birliyinin əkin materialları və gübrələr satıb.
Xəbəri rus dilində oxuyun: