Azərbaycan mədəniyyətinə itki üz verib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Xalq artisti Vaqif Abutalıbov 73 yaşında vəfat edib.
Vaqif Abutalıbov 16 yaşından truba ifaçısı kimi müxtəlif musiqi birliklərində çalışıb.
Tofiq Əhmədovun rəhbərlik etdiyi musiqi ansamblından başlayan yaradıcılıq yolu daha sonra “Qaya” vokal-instrumental ansamblı ilə davam edib. Onun fəaliyyətinin ən parlaq dövrü Rəşid Behbudovun rəhbərlik etdiyi ansamblla bağlıdır. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini tanıtma missiyasına xidmət etmiş V.Abutalıbov daha sonralar Azərbaycan Dövlət Televiziyasının Estrada Orkestrində çalışıb.
Onun yaradıcılığının mühüm bir dövrü isə Müdafiə Nazirliyinin Hərbi Orkestri ilə bağlıdır.
V.Abutalıbov Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist və Xalq artisti fəxri adlarına layiq bilinib.