“ABŞ Ermənistanla Azərbaycan arasında danışıqları dəstəkləməyə hazırdır”.
Yeniavaz.com ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, bunu qurumun sözçüsü Ned Prays brifinqdə bildirib.
“Biz hər iki ölkənin liderinə və bütün səviyyələrdə rəsmilərinə problemin hərbi yolla həllinin mümkün olmadığını açıqlamışıq. Biz gərginliyi azaltmaq üçün həm ikitərəfli, həm də çoxtərəfli qaydada mümkün olan hər şeyi etməyə hazırıq.
Biz Cənubi Qafqazın dinc və firavan gələcəyini təmin etmək üçün mümkün olan hər şeyi etməyə qərarlıyıq”, - o vurğulayıb.