“Yaxın vaxtlarda Ermənistanda KTMT qüvvələrinin tətbiqindən söhbət getmir”.
Yeniavaz.com xəbər verir ki, bunu brifinqdə KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov deyib.
Brifinq zamanı jurnalistlərin Ermənistan və Azərbaycan sərhədinə KTMT sülhməramlılarının göndərilməsi planları barədə sualına Sidorov belə cavab verib:
“Sentyabrın 13-də dövlət başçılarımız yekdilliklə bəyan etdilər ki, bu gün Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik üsullarla həll edilməlidir. Nə sentyabrın 13-də, nə dünən, nə də bu gün və məncə, yaxın gələcəkdə hərbi güc tətbiqindən, hətta KTMT-nin iştirakı ilə də söhbət gedə bilməz”, - deyə birgə qərargahın rəhbəri qeyd edib.