“Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədindəki erməni təxribatlarını müzakirə etdik”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitterdə yazıb.
“Ermənistan dərhal təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri uzlaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, - o qeyd edib.