Yunanlar göyərtəsində azərbaycanlılar olan gəmini atəşə tutdu - Video + Yenilənib


Yunanıstan hərbçilərinin Bozcaada yaxınlığında atəşə tutduqları Türkiyə gəmisi Çanaqqala boğazında lövbər salıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, "Anadolu" gəmisi 18 nəfərlik heyətlə boğaza gəlib.
Sahil Mühafizəsi Komandanlığına məxsus 2 qayıqla müşayiət olunan rolker tipli gəmi Karanlıq limanına lövbər salıb.

Qeyd edək ki, dünən Bozcaadanın 11 mil cənubunda “Anatolian” adlı rolker tipli gəmiyə Yunanıstan hərbçiləri tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidmətinin katerləri hadisə yerinə gələnədək yunanlar ərazini tələsik tərk ediblər. Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Heyətdən heç kim xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.

***10 sentyabr, 21:33
Yunanıstanın Sahil Mühafizəsi Bozcaadada Türkiyəyə məxsus gəmisinə atəş açıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi vaxt ərazini tərk edib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qeyd edək ki, heyətdə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

DİGƏR XƏBƏRLƏR

Top